27.01.2022

ETwinnig  çərçivəsində əməkdar artistlərlə görüş

Yanvarın 24-də Azərbaycan Respublikasının əməkdar artistləri: Ələkbər Əliyev və Namis Şirməmmədovun iştirakı ilə onlayn görüş baş tutub.

Onlayn tədbirdə Sumqayıt məktəbliləri ilə yanaşı, Bakı, Quba, Şəki, eləcə də Türkiyənin Mersin şəhərindən şagirdlər iştirak edib.

Görüşdə əməkdar artistlərimiz səhnə mədəniyyəti, aktyorluq sənətinin inkişafı, eləcə də bu sahə ilə bağlı şəxsi həyat təcrübələrini bölüşblər. Həmçinin qonaqlar dahi şair Nizami Gəncəvinin bədii irsindən nümunələr söyləmiş və müasir dövrdə milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin vacibliyini qeyd ediblər. Yüzdən çox şagirdin qoşulduğu bu görüşdə məktəblilər qonaqlara çoxsaylı suallar ünvanlayıblar. Tədbir geniş müzakirələr və aktyorlarımızın dəyərli məsləhətləri ilə davam edib.

Qeyd edək ki, görüş Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyeva və 26 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Könül Qafarovanın təşkilatçılığı ilə baş tutub.


Açar sözlər: ,  ,  ,