24.01.2022

ETwinning layihəsi çərçivəsində növbəti görüş

Yanvarın 15-də Sumqayıt 29 nömrəli tam orta məktəbin və qardaş ölkə Türkiyədən Mersin Mezitli İmam Hatip orta Məktəbi və Şəhid Erol Olçok İmam Hatip orta məktəbinin ortaq layihəsi olan "Kahramanım Çocuk 2.0"  çərçivəsində "Super Gazeteçiler" kitabının müəllifi uşaq ədəbiyyatı yazıçısı Aytül Akalla görüş keçirilib.

Görüşdə uşaq ədəbiyyatına dair maraqlı müzakirələr baş tutub. İştirakçılar Aytül Akala müəllifi olduğu kitablar haqqında suallar ünvanlayıblar. Yazıçı A.Akal öz növbəsində şagirdlərə tövsiyələr verərək onlara çoxlu kitab oxumağı və şəxsi inkişaflarında bunun əhəmiyyətindən bəhs edib.

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Quliyeva bu ortaq layihənin Türkiyənin Mersin şəhərinindən doqquz məktəb, Şanlı Urfadan bir məktəb və Azərbaycandan Sumqayıt şəhər 29 nömrəli orta məktəbi əhatə edən beynəlxalq layihə olduğunu bildirib. Həmçinin o, layihədə iştirak edən şagirdlərin hər ay uşaq ədəbiyyatına dair kitabı oxuyuraq onlayn formada həmyaşıdları ilə kitabı qiymətləndirdiyini, o cümlədən kitabla bağlı texnologiyaya əsaslanan fəaliyyətlər həyata keçirdiyini qeyd edib.

Sonda belə maraqlı layihələrin müntəzəm olaraq keçirilməsi bildirilib və iştirakçılar tədbirə qatılan qonaqlara təşəkkür ediblər.


Açar sözlər: ,  ,