22.01.2022

Fənn Olimpiadalarının birinci mərhələsinə start verilib

Yanvarın 22-də Respublika fənn olimpadalarının rayon (şəhər)mərhələsinə start verilib.

Olimpiada 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə keçirilib.

Şagirdlər 180 dəqiqə ərzində adları qeyd edilən fənlər üzrə sualları cavablandırıb.

Xatırladaq ki, olimpiada şəhərimizdə 4 mərkəzdə-11,12,22,28 nömrəli tam orta məktəblərdə keçirilib.

Qeyd edək ki, Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: