Yanvarın 12-də uşaq və gənclər arasında hibrid (onlayn və canl) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.
Tədbirdə Təhsil Nazirliyinin Məkbdənkənar fəaliyyətinin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və digər qonaqlar iştirak edib.
Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunub:
-İnternet sahibkarlığı (satış)
-Sosial, ictimai sahədə sahibkarlıq
-Yeni masaüstü və onlayn oyunlar\
-Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar
-Resursların təkra emalı- yeni məhsualların dizaynı və istehsalı
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri: Hüseynzadə Selcan, Hüseynzadə Narxanım, Əlizadə Məhəmməd "Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar" nominasiyası üzrə II yerin qalibi olub.
Tədbirin sonunda qaliblər Təhsil Nazirliyinin hədiyyə, kubok və diplomlarla təltif olunub.
Qaliblərimizi təbrik edirik!