Azərbaycan Respublikasının Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə Maliyyə savadlılığı çərçivəsində noyabr ayı ərzində “Uşaqlar üçün sığorta“ virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi məktəbliləri maliyyə savadlılığının bir komponenti olan sığorta anlayışı ilə tanış etmək, onlara sığorta, onun növləri və faydaları haqqında ilkin məlumatları çatdırmaqdır.
Müsabiqəyə müxtəlif Sumqayıt məktəbləri qoşulub. Dekabrın 20-də qaliblər elan edilib. Şəhərimiz üzrə "Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqənin qaliblərini təqdim edirik:
1.Camal Məlikzadə- Sumqayıt şəhər 22 nömrəli tam orta məktəb.
2. Ümid Qurbanzadə- 36 nömrəli tam orta məktəb.
“Sığorta uşaqların gözü ilə” müsabiqəsinin qalibləri:
1.Leyla Bayramlı- Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb
2.Fidan Səfərova, Həsən Məmmədli- 27 nömrəli tam orta məktəb
3. Mədinə Zərbəlizadə-35 nömrəli tam orta məktəb
4. Ümid Qurbanzadə- 36 nömrəli tam orta məktəb