25.12.2021

Dekabrın 25-də eksternat imtahanları keçirilib

Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün sərbəst (eksternat) qaydasında imtahan keçirilib.

Onlara 9 fənn olmaqla, hər fənn üzrə 10 sual təqdim olunub. İmtahan 10:00-da başlayıb və 13:00-da bitib.

Qeyd edək ki,eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Xatırladaq ki, eksternat imtahanlarının keçirilməsi müxtəlif səbəblərdən ümumi və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almağa imkan verir.