25.12.2021

“First Lego League Azərbaycan” yarışının qalibləri mükafatlandırılıb

              Təhsil Nazirliyi, ADA Universiteti və “"Edumedia-Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı başa çatıb. Qaliblər dekabrın 20-də mükafatlandırılıb.

Ümumilikdə 54 komanda yarışa qatılıb. Qalib komandalar arasında Sumqayıt məktəbliləri də var. Belə ki, “SUMbuilders-11” komandası Gələcəyin Mühəndisləri Nominasiyası' üzrə qalib gəlib. Hər iki turnir günü üzrə nominasiya qalibləri və çempionlar kubok və hədiyyələrlə mükafatlandırılıblar. Turnirdə iştirak edən bütün komandalar isə medal və sertifikatlarla təltif olunublar. 

Qeyd edək ki, “CITY SHAPER” mövzusuna həsr edilən builki turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıb, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığıb, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdiriblər.

Qalib komandalarıın üzvlərini təqdim edirik:

1. Roman Məmmədov -Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəb

2. Ayxan Cəfərov- Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəb

3. Vaqif Baxşəliyev -Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəb

4. Səid Kərimli -Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəb

5. Ayxan Bağırlı- ABC - Azerbaijan British College

6. Şahlar Hüseynov- Sumqayıt şəhər 34 nömrəli tam orta məktəb

 


Açar sözlər: ,