22.12.2021

Lütfi Zadənin 100 illiyinə dair tədbirlər keçirilib

Sumqayıt şəhər ümumi təhsil müəssisələrində dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə dair tədbirlər, açıq dərslər, dəyirmi masalar, eləcə də yarış təşkil olunub.

Tədbirlərdə L.Zadənin həyat və yaradıcılığı,həmçinin ona şöhrət qazandıran, dünya elmində inqilab sayılan, banisi olduğu qeyri səlis məntiq nəzəriyyəsi haqda şagirdlərə geniş məlumat verilmişdir. Həmçinin alim Lütfi Zadənin bu nəzəriyyəsindən elm və istehsalat sahəsində istifadə olunması bildirilib.

Sumqayıt şəhər 36 nömrəli məktəbdə 5-ci sinif şagirdləri arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda məktəblilər 2 saat ərzində riyaziyyat-məntiqə aid 30 sualı cavablandırıb.

Sonda I,II,III yerlərə layiq görlən şagirdlərə məktəbin direktoru Əli Musayev tərəfindən sertifikatlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,