Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə Koreyalı mütəxəssislərin iştirakı ilə "Çevrilmiş dərs modeli" devizi altında 4k sinfində maraqlı dərs keçirilib.
Dərsdə Future Class Network şəbəkəsinin idarə heyətinin sədri Conq Çanq Pil iştirak edib. Sinfin ibtidai sinif müəllimi Aysel Dünyamalıyeva koreyalı mütəxəssislər tərəfind\ən keçirilmiş layihənin əhəmiyyətinidən bəhs edib.
Daha sonra mütəxəssis C.Ç.Pil Sumqayıt şəhər Təhsil Şöbəsinin müidir Arzu Alızadə ilə görüşüb.
Görüşün əsas məqsədi iki ölkə arasında təhsil sahəsində əlaqələri genişləndirmək, həmçinin təcrübələri öyrənməkdən ibarətdir.
Şöbənin müdiri A.Alızadə belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkələrarası əməkdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafında mühüm rolunu qeyd edib.
Xatırladaq ki, “Müəllimlərin potensilaının artırılmasının və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində koreyalı mütəxsəssislər tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər üçün müsahibələr keçirilib. Daha sonra 35 müəllim təlimlərə cəlb olunub.