05.12.2021

Türkiyə Ali Təhsil Şurasının Şuşaya səfəri

              Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti Şuşaya səfər edib. 

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, Nobel mükafatçısı Əziz Sancar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, UNEC-in rektoru Ədalət Muradov və UNEC İqtisadi Forumu çərçivəsində ölkəmizə səfər edən əcnəbi tədqiqatçılar yer alıb.

Səfər çərçivəsində qonaqlar Şuşa şəhərinin tarixi yerlərinə baş çəkib, bir çox mədəniyyət abidələri ilə tanış olublar. Qonaqlar Qala divarları, Yuxarı Gövhər ağa məscidi, Bülbülün ev-muzeyini ziyarət ediblər.

Cıdır düzünə də yollanan səfər iştirakçıları Şuşada aparılan bərpa və yenidənqurma işlərini yaxından izləyiblər.