04.12.2021

"Sabahın alimlərinə dəstək mərkəzinin yaradılması" layihəsi ilə bağlı tədbir keçirilib

Sumqayıt şəhər T.İsmayılov adına 29 nömrəli tam orta məktəbin müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin qalibi Səbinə İsayevanın iştirakı ilə "Sabahın alimlərinə dəstək mərkəzinin yaradılması" layihəsi ilə bağlı tədbir keçirilib.

Layihə çərçivəsində tədbirdə Sumqayıt məktəblərindən müəllimlər və şagirdlər iştirak edib.

Tədbirdə "Sabahın alimləri" müsabiqəsi ilə bağlı məlumat verilmiş, həmçinin müsabiqə ilə bağlı qeydiyyatdan keçmək qaydaları və digər zəruri informasiyalar iştirakçıların nəzərinə çatdırılıb.

Daha sonra layihələrin işlənilməsi zamanı şagirdlərin qarşılaşdığı çətin məqamlar izah olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Sonda layihə iştirakçıları ilə xatirə şəkli çəkilib.


Açar sözlər: ,