Təhsil Nazirliyi tərəfindən bölgələrdə cari dərs ili üzrə ənənəvi tədrisin təşkili ilə tanışlıq üçün görüşlərə start verilib.
Təhsil nazirinin bu barədə əmrinə əsasən, nazirliyin müvafiq struktur bölmə əməkdaşlarının bölgələrə səfərləri təşkil olunur.
Məqsəd ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həlli, təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinin diqqətdə saxlanılması, buraxılış imtahan, fənn olimpiadalarının nəticələrinin rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təhsilyanı və məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun tədbirlərin icrasıdır.
Həmçinin, səfər çərçivəsində sözügedən şəhər və ya rayonun seçilmiş müəllimləri ilə fənlərin tədrisinə dair müzakirələrin aparılması, rayonun məktəb direktorları ilə ötən tədris ilinin (buraxılış nəticələri və məktəbdaxili qiymətləndirmənin təhlili, olimpiada və s.) müzakirə edilməsi və hədəflərin müəyyən olunması da məqsədlər sırasındadır