27.11.2021

Virtual toplantı keçirilib

Sumqayıt şəhər Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və məktəb direktorlarının birgə iştirakı ilə onlayn toplantı keçirilib.

İclasada Təhsil Şöbəsinin müdiri Arzu Alızadə çıxış edərək təhsil işçilərinin vaksinasiyası, məktəblərdə əyani tədrisin təşkili vəziyyəti, təlim-tərbiyə prosesi məsələlərinə toxunub.

Əyani tədrisin təşkilində pedaqoji işçilərin vaksinasiyasının vacibliyi, hər bir müəllimin bu prosesdə aktiv iştirak etməsinin zəruriliyi qeyd edilib.

Toplantıda həmçinin məktəblərdə aparılan monitorinqlər zamanı aşkarlanan nöqsanlar iştirakçıların nəzərinə çatdırılıb. Müdir A.Alızadə nöqsanların aradan qaldırılması, bu sahədə ciddi işlərin aparılması və təkmilləşdirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını iclas iştirakçılarına bildirib.

Sonda müzakirə edilən hər bir məsələ ilə bağlı məktəb direktorlarına tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: