26.11.2021

Müəllimlər üçün vebinar təşkil olunacaq

Sumqayıt şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə müəllimlərin inkişaf proqramına dəstək məqsədilə “Özünü kəşf et” adlı vebinar təşkil olunacaq.

Vebinarın təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə öz potensiallarını düzgün istiqamətdə inkişaf etdirmək, ideyalarını reallaşdırmaq üçün hansı addımları atmaq, qabaqcıl təcrübələrdən yararlanaraq fəaliyyətlərini daha da produktiv etməkdən ibarətdir.

Hal-hazırda ən aktual olan layihə metodikasını özünüzdə necə formalaşdıra bilərsiniz? Layihə yazmaq üçün ideyaları necə tapmaq olar? Ümumiyyətlə, yaradıcı təfəkkürü şagirdlərdə necə inkişaf etdirmək olar kimi sualların cavabını tapmaq istəyirsinizsə vebinardan yararlana bilərsiniz.

Təlimçi: Xəyalə Quliyeva

Keçirilmə vaxtı: 12 dekabr

Keçirilmə saatı: 21:00

Təlimin müddəti: 2 saat


Açar sözlər: