25.11.2021

Təhsil Nazirliyinin brifinqi

Noyabrın 25-də təhsil tələbə kreditlərinə müraciətlərin başlanması ilə bağlı brifinq keçirilib.

Brifinqdə iştirak edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil krediti tələbələr üçün geniş imkanlar açacaq və təhsilin hamı üçün əlçatanlığını təmin edəcək. Nazir müavininin sözlərinə görə, kredit almaq istəyən tələbə əvvəlcə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq etməlidir.

Bildirilib ki, tələbə müvafiq prosedurları həyata keçirdikdən sonra kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır.

Sonda brifinq iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


Açar sözlər: