08.12.2021

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin qaliblərinə finalçı medalları təqdim edilib

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin qaliblərinə finalçı medalları təqdim edilib.

Təqdimetmə mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.

Mərasimdə çıxış edən nazirliyin əməkdaşları şagirdləri qazandıqları müvəffəqiyyət münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıblar.

Bildirilib ki, sözügedən müsabiqə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq 10-17 fevral tarixlərində onlayn şəkildə keçirilib. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub.

“Sabahin alimləri” X Respublika Müsabiqəsinin  qalibləri sırasından seçilmiş 7 layihə ilə 10 şagird Azərbaycanı ABŞ-da keçirilən İSEF-Mühəndislik sərgisində 16-21 may tarixlərində  onlayn təmsil edib. Şagirdlər müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tərəfindən yüksək qiymətləndirilib və finalçı medallarına layiq görülüblər.

Mərasimin sonunda medallar təqdim edilib, xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, sözügedən müsabiqədə qaliblərdən ikisi- Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin IX və XI sinif şagirdlər Murad Məmmədzadə və Banuçiçək Kərimlidir. Onlar tibb və sağlamlıq üzrə "Speech synthesizer" adlı layihə ilə çıxış ediblər.


Açar sözlər: