06.12.2021

STEAM Azərbaycan Festivalının finalına vəsiqə qazanan şagirdlərimiz

STEAM Azərbaycan Festivalının final mərhələsinə şəhərimiz üzrə 3 nəfər şagird vəsiqə qazanıb. Belə ki, Sumqayıt şəhər İstedad Liseyinin 6a sinif şagirdi Eldar Həmidov və T.İsmayılov adına 29 nömrəli tam orta məktəbin 6d sinif şagirdi Bayramlı Ceyranın birgə hazırladığı “Xəzər dənizinin tullantılardan təmizləyən EkoRobot”, həmçinin Təfəkkür liseyinin 11r sinif şagirdlərinin- Ağazadə Rəvan və Səid Yusiflinin birgə hazırladığı “Chrome Dinosaur” adlı layihəsi adıçəkilən festivalın final turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, İstedad və 29 nömrəli məktəbin şagirdləri “STEAM open”, Təfəkkür liseyinin şagirdləri isə “Hackathon” kateqoriyası üzrə festivala qatılıb.

Festivalın keçirilməsində məqsəd keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşları üçün şərait yaratmaqdır.

Xatırladaq ki, SAF (STEAM Azərbaycan Festivalı ) Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 9-10 dekabr tarixlərində 6-11-ci sinif şagirdləri üçün Baku Expo Mərkəzində keçiriləcək.


Açar sözlər: ,  ,