29.11.2021

"Fərq Yaradan Gənc Müəllim" müsabiqəsində uğur qazanan müəllimimiz

27 noyabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Kapital Bankın sponsorluğu ilə keçirilən “Fərq yaradan gənc müəllim” müsabiqəsinin final mərhələsi və təltifolunma mərasimi keçirilib.

400-dən çox gənc müəllimin iştirakçı olduğu müsabiqənin final mərhələsinə seçim meyarlarına cavab verən, 3 çətin mərhələni müvəffəqiyyətlə keçən 10 nəfər gənc müəllim adını qaliblər sırasına yazıb. 

Qaliblər arasında Sumqayıt şəhər mayor A.Şükürov adına 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Əsədova da var.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyi İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, Masallı Bioloji Təbabət klinikasının Strateji inkişaf departamentinin direktoru Ziya Məmmədzadə qalib olan müəllimləri təbrik edərək diplom və hədiyyələrlə təltif ediblər.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının media tərəfdaşı Edumap.az təhsil portalıdır.


Açar sözlər: ,