29.11.2021

Reqbi idman növü üzrə yarışda qalib şagirdlərimiz

Noyabrın 21-də Şəki şəhərində "Qarabağ" Reqbi Klubunun heyətində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reqbi Olimpiya idman növü üzrə yarışlar keçirilib.

Sumqayıt şəhərindən bir sıra məktəblər adıçəkilən yarışa qoşulub və 3 məktəbimizin şagirdi uğur qazanıb. Belə ki, Z.Hacıyev adına 17, F.Priyev adına 18 və T.İsmayılov adına 29 nömrəli tam orta məktəbin şagirdləri reqbi idman növü üzrə Azərbaycan çempionu və "Zəfər Kuboku”nun sahibi olmuşlar.

Qaliblər aşağıdakı kimidir:

Mustafa Ayxan- 17 nömrəli tam orta məktəb, 4b sinfi

Əli Qubadzadə- 18 nömrəli tam orta məktəb, 2a sinfi

Nuran Novruzlu- 29 nömrəli tam orta məktəb, 6ç sinfi


Açar sözlər: ,