13.11.2021

Rəqs qruplarımızın uğurları

Təhsil Nazirliyinin dəstəyi, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr "Zəfər Günü" nə həsr olunmuş "Xarı bülbül" respublika onlayn uşaq rəqs festivalı yekunlaşıb.

Nəticələrə əsasən, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Zəfər" rəqs qrupu "Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası" üzrə I yerə, "Sumqayıt inciləri" rəqs qrupu isə 7-12 yaş qrupu arasında "Milli rəqs" nominasiyası üzrə II yerə layiq görülüb.

Qeyd edək ki, rəqs qrupunun dərnək rəhbərləri Anar Məmmədov və Aytac Əzizlidir.