26.11.2021

“Oyuncağını bağışla”

Noyabrın 16-da “Məktəblinin dostu” və "İcma əsaslı məktəbəqədər təhsil" layihələrinin təşkilatçılığı ilə “Oyuncağını bağışla” adlı sosial aksiyaya start verilib. Aksiyaya “Məktəblinin dostu” layihəsinin tərkibində olan 226 ümumtəhsil müəssisəsi qoşulub.

Aksiyaya əsasən məktəblilərin könüllü şəkildə təqdim etdikləri oyuncaqlar ölkənin müxtəlif regionlarında yaşayan və təhsil alan uşaqlara göndəriləcək.

Aksiyanın təşkil olunmasında əsas məqsəd məktəblilər arasında sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır.

Paylaşılan oyuncaqlar bir-birlərini tanımayan uşaqlar arasında gizli bağ və sevgi yaradacaq.

Qeyd edək ki, şəhərimiz üzrə 20 ümumtəhsil məktəbi adıçəkilən aksiyaya qoşulub.


Açar sözlər: