19.11.2021

"Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici tədbirlər

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 və 11 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək, Ağ ölümə qarşı mübarizə" adlı tədbirlər keçirilib.

Tədbirdə Sumqayıt şəhər Polis idarəsinin rəisi, Sumqayıt şəhər Təhsil Şöbəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Sumqayıt Narkoloji Dispanserinin nümayəndələri iştirak ediblər.

Öncə 11 nömrəli tam orta məktəbdə şəhidlərimizin şəkillərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra tədbirdə narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə tədbir iştirakçılarına məlumat verilib. Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev məktəblilərin bu mövzuda suallarını cavablandırib və onlara tövsiyələr verərək narkotik vasitələtrin ziyanını bir daha iştirakçıların nəzərinə çatdırıb.

Bildirilib ki, son dövrlərdə dövlətimizin narkomaniyaya qarşı müabrizə çərçivəsində apardığı siyasət və atılan mütərəqqi addımlar bu sahədə öz töhfəsini verməkdədir. Xüsusilə gənc nəslin bu sahədə maarifləndirmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsinin zəruruliyi qeyd edilib.


Açar sözlər: ,