18.11.2021

“İnsan alverinin qarşısının alınması”

Sumqayıt şəhər 5, 10, 19 nömrəli tam orta məktəblərdə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq “İnsan alverinin qarşısının alınması” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, şagirdlər, eləcə də psixoloqlar iştirak edib.

Yuxarı sinif şagirdləri arasında təşkil olunan tədbirdə insan alveri və onun fəsadları haqda geniş məlumat verilib. Direktor müavini öz çıxışında bu sahədə cəmiyyətimizdə müvafiq tədbirlərin görlüməsinin zəruriliyini qeyd edib. Həmçinin insan alverinə daha çox yeniyetmələr, uşaqlar və qadınların məruz qaldığı bildirilib.

Son zamanlar sosial mediada baş verən zorakılıqlar və onun qarşısının alınması məsələlərinə də toxunulub.

5 nömrəli tam orta məktəbin psixoloqları Xəyalə və Gülcahan xanım xüsusilə məktəblilər arasında psixoloji, fiziki şiddət halları və onun qarşısı alınması yolları haqqında maarifləndirici fikirlər söyləyib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandıılıb.


Açar sözlər: ,