17.11.2021

"Xalçaçılıq sənətinin qorunması və inkişafı"

Noyabrın 15-də 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzində “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 8 Noyabr- Zəfər gününə  həsr olunmuş   "Xalçaçılıq sənətinin qorunması və inkişafı" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin direktoru, mərkəzin müəllim kollektivi, dərnək üzvləri, Əməkdar Mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abbasquluzadə, eləcə də məktəbliləri iştirak edib.

Dəyirmi masada mərkəzin direktoru Ə.Rzayeva Qarabağ xalçaları, onların texnoloji xüsusiyyətləri haqda məlumat verib. Həmçinin Azərbaycanda xalçaçılığın tarixi, müasir dövrümüzdə vəziyyəti, eləcə də Bakı, Şirvan, Qarabağ, Gəncə ,Qazax, Quba, Təbriz xalçaçılıq məktəbləri və onların tarixi haqda məlumatlar iştirakçıların nəzərinə çatdırlıb.

Tədbirin sonunda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: