09.11.2021

“Zəfər Gülləri”

9 Noyabr- Bayraq Gününə həsr olunmuş "Zəfər Gülləri" adlı fləşmob keçirilib

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Bakı Beynəlxalq Kompleksi, “Azərpoçt” MMC-nin Sumqayıt Poçt filialı, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzi, Ucar, Şəki, Şəmkir və  Küdəmir Rayon Təhsil Şöbəsi, Bakı Slavyan Ünuversiteti nəzdnində məktəb-lisey kompleksi, Bakı şəhəri Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəb, Şabran rayon Aygünlü kənd tam orta məktəbinin təşkilatçılığı ilə “Zəfər gülləri” adlı fləşmob keçirilib.

Layihənin məqsədi 9 Noyabr- Bayraq Gününə diqqət çəkmək, yeniyetmə və gənclərimizə vətənpərvərlik hissləri aşılamaq, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin dəyərli xatirəsini yad etməkdir

Qeyd edək ki, fləşmob üçün lazım olan 32 metrlik bayrağın hissələri simvolik olaraq layihəyə cəlb edilmiş məktəblərin müəllimləri və şagirdlərin köməyi ilə işğaldan azad edilmiş bölgələrin adı ilə Azərpoçt qutularının vasitəsilə layihə mərkəzinə - Sumqayıt 29 nömrəli tam orta məktəbə çatdırılmış və həmin hissələrdən milli dəyərimiz olan bayraq tikilib.

Məlumat üçün bildirək ki, şəhərimiz üzrə 29 nömrəli məktəblə yanaşı, Təfəkkür liseyi, 21, 31, 35 nömrəli məktəblər, həmçinin həmçinin digər bölgələrimzin müəllim və şagird heyəti layihədə iştirak edib.

Xatırladaq ki, layihənin rəhbəri müəllim Xəyalə Quliyevadır.


Açar sözlər: ,  ,