Sumqayıt şəhər ümumtəhsil müəssisələrində “Zəfər Günü” nə həsr edilmiş açıq dərslər keçirilib. Tədbirdə müəllim, məktəb rəhbərliyi, eləcə də şagirdlər iştirak edib.
Açıq dərslərin keçirilməsində məqsəd Ali Baş Komandanın rəhbərliyi altında aparılan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsində ordumuz və dövlətimizin əldə etdiyi nailiyyətləri gənc nəslə ötürməkdən ibarətdir.
Tədbirdə şagirdlər Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız haqda geniş məlumat verib. Daha sonra məktəblilər əllərində üçrənglı bayrağımız, Vətən müharibəsinin simvoluna çevrilən Xarıbülbül ilə “Zəfər Günü” nə aid şeirlər səsələndirib.
Bildirilib ki, belə tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin vətənpərvər şəxsiyyət kimi formalaşmasında mühüm rolu oynayır.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində müntəzəm olaraq Azərbaycanın Zəfər tarixinə həsr olunmuş tədbirlərin keçirilıməsi nəzərədə tutulub.