03.11.2021

"Zəfər yolu” inşa müsabiqəsində fərqlənənlər

Azərbaycan Respublkası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” inşa müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb.

Sumqayıt şəhər Təhsil Şöbəsinin akt zalında yarışmanın şəhər mərhələsində fərqlənən şagirdlər Şöbənin fəxri fərmanı ilə təltif edilib.

Tədbirdə Təhsil Şöbəsinin Metdokabineitin direktoru Gülbahar Haqverdiyeva, Şöbənin əməkdaşları, şagird və müəllimlər iştirak edib.Şəhərimiz üzrə bir çox məktəblər qeyd edilən inşa müsabiqəsinə qatılıb.

Çıxış edən G.Haqverdiyeva Ali Baş Komandanın rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi ilə bağlı keçirilən müsabiqə və tədbirlərin gənclərin vətəpərvərlik tərbiyəsində vacib rolundan bəhs edib.

Müsabiqə iştirakçılarından Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Jalə Əliyeva “Əsgərə məktub” layihəsi çərçivəsində göndərdiyi məktub Müdafiə Nazirliyi tərəfindən xüsusi bəyənilmiş və fəxri fərmanla təltif edilib.

Tədbirin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.

Xatırladaq ki, müsabiqənin məktəb mərhələsi 27 sentyabr-7 oktyabrı,.şəhər mərhələsi isə 8-11 oktyabrı əhatə edib.


Açar sözlər: ,  ,