02.11.2021

8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid övladları ilə görüş keçirilib

“Sumqayıt” Futbol Klubunun təşkilatçılığı, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Kontakt Home və Pizza İNN restoranlar şəbəkəsinin dəstəyi ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid övladları ilə görüş keçirilib.

Görüşdə “Sumqayıt” FK, Kontakt Home şirkətinin rəhbərliyi, klubun Müşahidə Şurasının üzvləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşı, gənc təhsil işçiləri, eləcə də 30-dan artıq şəhid övladları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yeniyetmələr vətənpərvərlik mövzusunda müxtəlif şeirlər və mahnılar səsləndirib. Həmçinin onlar  çıxışlarında Vətən müharibəsində şəhid olmuş qəhrəman ataları ilə fəxr etdiyini söyləyib.

Görüş zamanı tədbir iştirakçılarına “Sumqayıt” FK-nın və Kontakt Home şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim edilib, daha sonra tədbir iştirakçılarına Pizza İNN tərəfindən hazırlanmış yemək çeşidləri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: