18.10.2021

18 oktyabr- Müstəqilliyimizin Bərpası Günü

Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 18 oktyabr- Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş "Müstəqil Azərbaycanım" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəblilər günün tarixi ilə bağlı geniş məlumat veriblər.

Tədbirin ikinci hissəsində şagirdlər vətənpərvər mahnılar, şeirlər səsləndirib, milli rəqsdə ifa ediblər.


Açar sözlər: ,