Oktyabrın 15-də Lütfi Zadə adına məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 60 şagird mükafatlandırılıb.
Xatırladaq ki, şəhərimiz üzrə 4 məktəbli sözügedən olimpiadada II və III yerlərdə qərarlaşıb. Onlardan 2-si Təbiət elmləri təmayüllü gimnaziyanın, digərləri isə 11 və 23 nömrəli tam orta məktəblərin şagirdidir.