Oktyabrın 14-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi, eləcə də Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən "Xəmsə” Milli İntellektual oyunu yekunlaşıb.
44 günlük Vətən müharibəsinə həsr olunmuş İntellektual oyun 6 mərhələ üzrə keçirilib və yarışda 32 ümumtəhsil məktəbi iştirak edib.
Yarışın keçirilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərin intellektual oyunlara marağın artırılması və sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Yarış 4 zona üzrə 8 qrupda keçirilb. Final mərhələsində qaliblər aşağıdakı kimi müəyyənləşib:
I yer- Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “HOST” komandası
II yer- 23 nömrəli tam orta məktəbin “Zəfər” komandası
III yer-37 nömrəli orta məktəbin “Dəmir yumruq” komandası
IV yer-22 nömrəli orta məktəbin "Dəmir yumruq" komandası
Qalib komandalar kubok, diplom, medal və hədiyyələr ilə təltif olunub.