31 nömrəli tam orta məktəbdə "Zəfər Salnaməsi şagird tədqiqatlarında”adlı layihənin təqdimatı ilə bağlı tədbir keçirilib.
Görüşdə məktəb rəhbərliyi, müəllimlər Sumqayıt şəhər İcra Hakimiyyəti və YAP Sumqayıt şəhər təşkilatından nümayəndələr, eləcə də digər qonaqlar iştirak edib.
Layihənin müəllifi 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Həmçinin layihənin məqsəd və vəzifələri, qarşıda görüləcək işlər barədə çıxış edən R.Şirinov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən Müharibənin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsi üçün vacib rolundan bəhs edib.
Tədbir iştirakçıları layihə barədə öz fikirlərini bildiriblər. Həmçinin onlar 2021/2022-ci dərs ilində "Zəfər tarixi" kursunun tədris olunmasının məktəblilərin milli vətənpərvərlik tərbiyəsində önəmli rolunu qeyd ediblər.
Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Zəfər Salnaməsi şagird tədqiqatlarında” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.