11.10.2021

Vətən müharibəsi şəhidinin anım günü ilə bağlı tədbir keçirilib

Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə II Qarabağ müharibəsində şəhid olmuş Kərim Əhmədəliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, I Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, Qarabağ müharibəsi iştirkaçıları, eləcə də şəhidin ailə üzvləri iştirak edib.

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Məktəbin 3a sinfi vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və maraqlı səhnəciklərlə çıxış ediblər.

Sonda qonaqlar 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsini yad edib və qazilərmizə can sağlığı arzulayıblar.


Açar sözlər: ,  ,