5 oktyabr-Beynəlxalq Müəllimlər Günu ilə əlaqədar şəhərimiz üzrə təhsil sahəsində xidmət və nailiyyətlərinə görə 2 müəllimimiz “Əməkdar müəllim” fəxri adına, 2 müəllimimiz “Tərəqqi”, 2 müəllim "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, 2 müəllim isə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülüb.
Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Hüsniyyə İbrahimova və Texniki və təbiət elmləri liseyinin texnologiya müəllimi Səidə Quliyeva "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Təbiət elmləri təmayüllü gimnaziyanın tarix müəllimi Quliyeva Ulduz və 23 nömrəli tam orta məktəbin informatika müəllimi Afət Həsənova “Tərəqqi” medalı ilə təltif edilib.
Təbiət elmləri təmayüllü gimnaziyanın direktor müavini Eldəniz Babayev və 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Həsənova "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Ələkbərova, eləcə də Təfəkkür liseyinin direktoru Qönçə Səftərova "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərman” nı ilə təltif edilib.