04.10.2021

“2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Təhsil Nazirliyi “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.

Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir. 

Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

“2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı


Açar sözlər: