Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək.