10.09.2021

Virtual toplantı keçirilib

10.09.2021-ci il tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və məktəb direktorlarının birgə iştirakı ilə virtual toplantı keçirilib.

Toplantıda əsas 2 məsələ-vaksinasiya prosesi və yeni tədris ilinə hazırlıq müzakirə olunub.

2021-2022-ci tədris ilinin astanasında təhsil işçilərinin vaksinasiya prosesinin vacibliyi bir daha vurğulanmışdır. Bu sahədə təbliğatı daha da gücləndirmək, həmçinin bu prosesdə valideynlərin də iştirak və dəstəyinin önəmi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Toplantı zamanı vurğulanıb ki, vaksinasiyadan keçən hər bir müəllim həm özünün, həm də şagirdlərin sağlamlığını qoruyacaq.

Təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı, bununla bağlı sanitar-epidemioloji qaydalara riayət olunması, pedaqoji işçilərin, eləcə də şagirdlərin məktəblərə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etməsi, hərarətinin ölçülməsi, həmçinin digər məsələlər müzakirə edilib.

Yeni dərs ilinin başlanğıcında pedaqoji şuraların keçirilməsi, məktəb sənədlərinin aparılması, bir sıra təhsil müəssisələrində fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsi əməkdaşlarının məktəblərdə yerinə yetirəcəyi işlər haqda məlumat verilib.

Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müzakirə edilən məsələlər ilə əlaqədar məktəb direktorlarına tapşırıqlar verilib.


Açar sözlər: ,