15.09.2021

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezidenti İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Sentyabrın 15-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezidenti İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəmdə heyəti ilə görüşüb.

Görüş zamanı Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisi arasında təhsil sahəsində mümkün gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.