Avqustun 30-da peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslərin qəbul olunduğu peşə təhsili müəssisəsinə qeydiyyatı yekunlaşır. Həmin şəxslər bu gün saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Tələb olunan sənədlər aşağıdakılardır:
- Attestatın əsli;
- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qeyd edək ki, qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.