Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:
I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir;
II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.
Müsabiqə üzrə şərtlər aşağıdakılardır:
- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;
- İşlənmə texnikası sərbəstdir;
- Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.
Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq:
(+994) 55-994-57-86
(+994) 12-372-72-63
Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.