17.08.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər.

Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.

Daha sonra “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər. Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlət başçımız Kəlbəcərdə yerləşən “İstisu” sanatoriyasına da baş çəkib. Həmçinin O, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işləri ilə də tanış olub..


Açar sözlər: