11.08.2021

“Məktəblərdə liderliyin inkişafı” təliminə start verilib

"Direktorlar klubu" çərçivəsində növbəti qrup üçün "Məktəbdə liderliyin inkişafı" təliminə start verilib.

 

Müxtəlif bölgələrdən 60 məktəb direktorunun iştirak etdiyi onlayn təlim 9-13 avqust tarixlərini əhatə edir. Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir. Təlimlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur və sadəcə "Direktorlar klubu"nun üzvləri üçün keçirilir.

 

Qeyd edək ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb. Kluba üzv olmaq istəyən ümumtəhsil məktəblərinin direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9


Açar sözlər: