Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.
Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib.
Sumqayıt şəhəri üzrə ümumilikdə 6 layihə qalib olub. Onlardan üçü fərdi kateqoriya, digər üçü isə ümumi təhsil kateqoriyası üzrədir.
Ümumi təhsil kateqoriyası üzrə: Təbiət elmləri təmayüllü gimnaziya, 23 və 35 nömrəli tam orta məktəblər.
Fərdi kateqoriya üzrə: Təbiət elmləri təmayüllü gimnaziya, 29 və 31 nömrəli tam orta məktəblər.