07.08.2021

IV Robot Olimpiadasının (IV Robot Olympiad) final mərhələsi

           İyulun 28-də IV Robot Olimpiadasının (IV Robot Olympiad) final mərhələsinin nəticələri açıqlanıb.

Olimpiadaya Bakı, Sumqayıt və müxtəlif bölgələrdən ümumilikdə 92 komanda qatılıb. Beləki şəhərimiz üzrə 7 şagird müxtəlif kateqoriya üzrə I, II, III yerlərin qalibi olub. Qaliblər Təbiət elmləri təmayüllü gimnaziya, 23, 28, 37 və 41 nömrəli tam orta məktəblərin şagirdləridir.

"Junior Advanced" kateqoriyası üzrə:

I yer- Rüfət Alxanlı, Nəzrin Nəcəfli

II yer- Rabia Xıdırlı, Nəsir Bəşirov

III yer- Eldar Mustafayev

"Senior Advanced" kateqoriyası üzrə:

I yer- Amin Nəcəfli, Rəvan Məhərrəmli

Qeyd edək ki, kateqoriya üzrə qaliblər ölkəmizi 18-21 noyabr tarixlərində Kanadada təşkil ediləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.


Açar sözlər: ,