10.08.2021

Şəhərimizdən I qrup üzrə 3 nəfər maksimal olaraq 400 bal toplayıb

I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən-400 bal toplayan 11 nəfərdir.

Onlardan 3 nəfəri şəhərimizin payına düşür. Belə ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdən 2 nəfər, “İstedad” liseyindən 1 nəfər maksimum bal toplayıb. 11 nömrəli orta məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu I qrup üzrə 697.1 bal toplayaraq Respublika üzrə ən yüksək nəticəni göstərib. O, 1-ci mərhələdə 297.1 bal, 2-ci mərhələdə isə 400 bal toplayıb.

İstedad liseyinin məzunu Murtuzov Ruslan Abbas oğlu, 11 nömrəli tam orta məktəbin digər məzunu Zeynallı Cavid Mahir oğlu digər maksimum nəticə (400 bal) göstərən məzunlarımızdır.

Qeyd edək ki, Murtuzov Ruslan Abbas oğlu 1-ci mərhələdə 291 bal, Zeynallı Cavid Mahir oğlu isə 269 bal toplayıb.


Açar sözlər: ,  ,