12.07.2021

“Yay Futbol Düşərgə” si başa çatıb

Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin 3-cü mərhələsi başa çatıb.

Düşərgənin bağlanış mərasimində Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə çıxış edərək bu layihəni yüksək qiymətləndirib və bütün iştirakçılara, eləcə də layihədə əməyi keçən hər kəsə təşəkkür edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Yay Futbol Düşərgəsi" layihəsiinin və ictimai işlərin həyata keçirilməsində Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Səfərli, 35 nömrəli tam orta məktəbin müəllimi Nigar Əliyeva, Təfəkkür liseyinin müəllimi Sevinc Əhmədova və 16 nömrəli tam orta məktəbin psixoloqu Samirə Əhmədli fəal iştirak ediblər.


Açar sözlər: ,