Sumqayıt şəhəri üzrə 30-a yaxın ümumi təhsil müəssisələri İngiltərə dövlətinin təşkil etdiyi beynəlxalq dərəcəli “Teeneagle” ingilis dili olimpiadasında iştirak ediblər. Olimpiadaya qatılan məktəblərdən 20-yə yaxını I, II, III yerlərin sahibi olub.
6, 7, 8-ci siniflər “Eaglet”, 9, 10, 11-ci siniflər isə “Eagle” nominasiyası üzrə iştirak ediblər.
Nəticələrə əsasən, məktəblilər 36-dan çox qızıl medal, 20-dən çox sayda gümüş və 15-dən çox bürünc medal qazanıblar.
Respublika üzrə 3 nəfər şagird platinium medala layiq görülüb. Onlardan biri isə Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdi Aişə Nəbiyevadır.