08.07.2021

Müəllimlərin işə qəbul müsabiqəsinin test imtahan mərhələsi davam edir

İyulun 5-də 2021-2022-ci tədis ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Bu mərhələ ölkəmiz üzrə 12 şəhər və rayonlarda seçilən mərkəzlərdə keçirilir. Bu mərkəzlərdən 1-də Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdir.

5 iyulda namizədlər fizika, 6 iyulda isə informatika fənnindən imtahan veriblər. 7 iyul tarixində isə ibtidai sinif üzrə imtahanda iştirak ediblər.

Bu gün Sumqayıt şəhərində 31 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında ibtidai sinif üzrə ümumilkdə 75 nəfər namizəd iştirak edib.

Qeyd edək ki,test imtahan mərhələsi birinci seansı 12:30-da başlayıb və 14:00-da bitib. Bu mərhələdə iştirakçılar 90 dəqiqə ərzində sualları cavablandırıblar. 16:00-da isə imtahanın ikinci seansına start verilib.


Açar sözlər: