07.07.2021

“V Beynəlxalq Scratch Kreativ Proqramlaşdırma Olimpiadası 2021” Azərbaycan milli seçim mərhələsinə yekun vurulub

“V Beynəlxalq Scratch Kreativ Proqramlaşdırma Olimpiadası 2021” Finlandiyanın ROBBO şirkəti və Azərbaycanın SUMbuilders komandası tərəfindən ilk dəfə olaraq Azərbaycanda təşkil olunub. Oimpiadaya 220-dən çox iştirakçı qeydiyyat keçib. 33 nəfər iştirakçı uğur qazanaraq final mərhələsinə yüksəlib. Onlardan 22 nəfər olimpiadanın müxtəlif nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibi olub.

Sumqayıt şəhər Təfəkkür, İstedad, Texniki və təbiət elmləri liseyi, Təbiət elmləri təmayüllü gimnaziya 11, 23, 26, 28, 41 nömrəli tam orta məktəblər müxtəlif nominasiyalar üzrə I, II, III yerlərin sahibi olublar.

I yer-Amin Nəcəfli, Nəsir Bəşirov.

II yer-Rəvan Məhərrəmli, Roman Məmmədov, Vaqif Baxşəliyev.

III yer-Tərlan Məmmədov,Əzizağa Nəqdiyev, Saleh Quluzadə, Əli Atakişiyev, Rüfət Alxanlı, Kərəm Abdullazadə, Aysu Əhmədli, Nəzrin Nəcəfli.

Qeyd edək ki, qaliblər beynəlxalq olimpiadada Azərbaycanı təmsil etmə hüququ əldə ediblər. Həmçinin qaliblər SUMbuilders-da xüsusi olimpiada hazırlığı komandalarına cəlb olunaraq respublika və qlobal olimpiadalara 1 aylıq ödənişsiz hazırlıq proqramını qazanıblar.

Bundan əlavə, olimpiadada 1-ci yerlərin qaliblərinə həvəsləndirici pul mükafatı təqdim ediləcək. Finalda iştirak edən digər bütün iştirakçılar sertifikatla təltif olunacaq və SUMbuilders-da uşaq və gənclər üçün peşəkar robotexnika, proqramlaşdırma və mühəndislik proqramlarında güzəştlə təhsil alma imkanı əldə edəcək.


Açar sözlər: ,