05.07.2021

“Gələcəyin mühəndisi -2” olimpiadası

Azərbaycan Texniki Universiteti tərəfindən "Gələcəyin mühəndisi - 2 " olimpiadası keçirilib. Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin məzunu Nigar Yarıyeva Elçin qızı bu olimpiadada uğur qazanaraq IV yerə layiq görülüb.

Texniki universitetdə baş tutan mükafatlandırma mərasimində Universitetin rektoru Vilayət Vəliyev, eləcə digər qonaqlar iştirak edib. Çıxış edən V.Vəliyev qalibləri təbrik edərək onlara gələcək həyatında uğurlar arzu edib.

Tədbirin sonunda qaliblərə diplomlar və digər hədiyyələr təqdim olunub.

Qeyd edək ki, olimpiadada iştirakçılar fizika fənni üzrə sualları cavablandırıblar.


Açar sözlər: ,